Qazaxda yeni məktəb binası tikiləcək
04.08.2020 14:10 Gündəm Təhsil

Qazaxda yeni məktəb binası tikiləcək

Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binası sökülərək yenidən tikiləcək.

"MediaPost" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edib.  

Xəbərlər şöbəsi

Gündəm