Qazaxıstan Azərbaycana aviareyslərin sayını azaldacaq
02.03.2020 07:17 İqtisadiyyat

Qazaxıstan Azərbaycana aviareyslərin sayını azaldacaq

"MediaPost" Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı nazirinin müavini Berik Kamaliyev hökumətin iclasında bildirib.

“Nur-Sultan-Bakı reysi martın 5-dən etibarən dayandırılacaq. Almatı-Bakı reysini beşdən birə endirəcəyik. Aktau-Bakı reysi yeddidən birə düşəcək. Nur-Sultan-Tokio aviareysi isə ikidən birə endiriləcək”, - B.Kamaliyev deyib.

Onun sözlərinə görə, yuxarıdakı reyslərə martın 1-dən biletləri olan sərnişinlər biletləri aldıqları yerlərə qaytara və ödədikləri pulu tam həcmdə geri ala bilərlər.

Xəbərlər departamenti

Gündəm