Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdı
20.01.2021 15:36 İqtisadiyyat

Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdı

Qazaxıstan Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb.

"MediaPost"un məlumatına görə, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd olunur ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusu aşkar edilib.

İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.

Xəbərlər şöbəsi

Gündəm