Qazaxıstan XİN: "Sülhməramlı səylərini təqdir edirik"
11.11.2020 16:05 Dünya Qarabağ Azərbaycandır

Qazaxıstan XİN: "Sülhməramlı səylərini təqdir edirik"

"Azərbaycan və Ermənistan xalqlarının bölgədə təhlükəsizliyin təmin olunması, sülhün bərqərar edilməsi və sağlam təməl üçün səy göstərəcəklərinə ümid edirik".

"MediaPost" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar barədə bəyanatını yüksək qiymətləndiririk. Əldə olunan razılaşmalar BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur və Dağlıq Qarabağ probleminin həlli üçün əsas ola bilər. Rusiyanın bu razılaşmanın əldə edilməsində konstruktiv rolu və razılaşmaların praktik olaraq həyata keçirilməsinə yönəlmiş sülhməramlı səylərini təqdir edirik", - deyə açıqlamada qeyd olunub.

Anara Mikail

Gündəm