Qazaxıstanda “Bek Air” aviaşirkətinin fəaliyyəti dayandırılıb
27.12.2019 07:43

Qazaxıstanda “Bek Air” aviaşirkətinin fəaliyyəti dayandırılıb

Qazaxıstanda “Bek Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra aviaşirkət ölkənin bütün istiqamətləri üzrə uçuşları təxirə salıb, şirkətin fəaliyyəti dayandırılıb.

"MediaPost" AZƏRTAC-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib və günahkarların cəzalandırılacağını qeyd edib.

Qazaxıstan Baş Nazirinin göstərişi ilə onun müavininin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb.

Xatırladaq ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus təyyarə Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 95 sərnişin, 5 ekipaj üzvü olub. Son məlumatlara görə, 14 nəfər həlak olub, 35 nəfər yaralanıb.

Araşdırmalar davam edir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm