Qazaxıstanda kütləvi toqquşmalar: 8 ölü, 40 yaralı - VİDEO
08.02.2020 09:58 Dünya

Qazaxıstanda kütləvi toqquşmalar: 8 ölü, 40 yaralı - VİDEO

"MediaPost"un xəbərinə görə, Korday və Masançi kəndlərində qeydə alınan insident nəticəsində 8 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Toqquşmalarda Masançidən 70 nəfər, digər kəndlərdən isə 300 nəfər iştirak edib. Hadisə nəticəsində həmçinin polislər də xəsarət alıb. Belə ki, onlardan 2-si güllə yarası alıb.

İnsident zamanı 30-dan çox fərdi ev, 15 ticarət obyekti, 23 avtomobil yandırılıb və iğtişaşlarda metal əşyalardan, daşlardan, odlu silahdan istifadə edilib.

Hadisənin araşdırıldığı deyilir və hansı səbəbdən baş verdiyi açıqlanmır.

İlkin məlumatlara görə, iğtişaşlar polisin qaydaları pozan sürücünü evinə qədər təqib etməsindən sonra başlayıb. Sürücünün qohumları asayiş keşikçisinə etirazlarını bildirib və avtomobilini daş-qalaq edib.



Xəbərlər departamenti

Gündəm