Qəbul imtahanları bu il bir dəfə keçirilə bilər - Məleykə Abbaszadə
21.04.2020 12:31 Təhsil

Qəbul imtahanları bu il bir dəfə keçirilə bilər - Məleykə Abbaszadə

"MediaPost"un məlumatına görə bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, qəbul imtahanları ilə bağlı vəziyyətin şəraitdən asılı olaraq dəyişə biləcəyini söyləyib: "Qaydalara görə iki imtahan keçirmək imkanı var. Şərait bizə imkan versə, iki dəfə imtahan keçirərik. Amma mümkün olmasa və bizə müəyyən vaxt verilsə ki, siz həm qəbul, həm də buraxılış imtahanı keçirməlisiniz, onda yəqin ki, bu, yalnız bir dəfə olacaq. Hələ ki, bununla bağlı məhdudiyyət qoyulmayıb".

Xəbərlər departamenti

Gündəm