Qəbul imtahanlarının keçid ballarında dəyişiklik olacaqmı? - Rəsmi açıqlama
21.04.2020 11:32 Təhsil

Qəbul imtahanlarının keçid ballarında dəyişiklik olacaqmı? - Rəsmi açıqlama

"Qəbul imtahanlarının keçid ballarını biz müəyyənləşdirmirik".

"MediaPost"un məlumatına görə bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, keçid ballarının aşağı salınması məsələsinə münasibət bildirib:

"Müsabiqəyə buraxılmaq üçün şərtlər var. Bu, Nazirlər Kabinetinin qərarı əsasında təsdiqlənib və dəyişməyəcək. Keçid balları isə müsabiqənin vəziyyətinə, uşaqların biliklərinin səviyyəsinə və hər bir ixtisasa neçə nəfərin sənəd verməsinə görə müəyyənləşir. Hesab edirəm ki, bu il də müəyyən ixtisaslarda vəziyyət yüksək, hansısa ixtisaslarda isə aşağı olacaq. Bunu da əvvəlcədən müəyyən etmək qeyri-mümkündür. Müsabiqəyə buraxılmaq üçün minimal şərtlər əvvəlcədən elan olunub və dəyişməyəcək".

Xəbərlər departamenti

Gündəm