Qənirə Paşayevadan MM sədri olacağı ilə bağlı xəbərlərə reaksiya
14.02.2020 12:09 Daxili siyasət

Qənirə Paşayevadan MM sədri olacağı ilə bağlı xəbərlərə reaksiya

“MediaPost”un xəbərinə görə, bunu növbədənkənar seçkilərində 105 saylı Tovuz seçki dairəsinin lider namizədi Qənirə Paşayeva “Facebook” səhifəsində yazıb. O, yayılan məlumatlara aydınlıq gətirib:

“Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir, hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır, mən isə bitərəfəm. Digər tərəfdən yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq. Xahiş edirəm, əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamınızı xahiş edirəm”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm