Qərb bölgəsində bələdiyyə seçkilərinə start verilib
23.12.2019 05:57 Daxili siyasət

Qərb bölgəsində bələdiyyə seçkilərinə start verilib

"Report"un Qərb Mərkəzinin məlumatına görə, saat 8:00-da Gəncə şəhərində fəaliyyət göstərən, 4 DSK üzrə ümumilikdə 107 məntəqədə seçki prosesinə start verilib. Bu günkü seçkidə Gəncədə 147 min 993 nəfər seçicinin səs vermə hüquqlarından istifadə etməsi gözlənilir.

Bələdiyyə seçkilərində Gəncə şəhəri üzrə ümumi olaraq 145 namizəd var və bunlar, YAP, ADİSP, ÜMİD, VBP, VHP, AKP, VP, AVP, ADMP, BAXCP, BQP, AMP üzvləri və birtərəf olaraq öz namizədlərini irəli sürüblər.

Qeyd edək ki, bütün məntəqələrdə yaşlı (80-102 yaş) və səhətlərindəki proroblemlə əlaqədar məntəqələrə gedə bilməyən seçicilər üçün də bütün şərait yaradılıb və həmin şəxslərin seçkilərdə səsvermə hüququndan istifadə etmələri üçün qeydə alınmış ünvanlara gedəcək səyyar seçki nümayəndələri də fəaliyyət göstərəcək.

Seçki prosesi saat 19.00 da başa çatacaq.

Xəbərlər departamenti

Gündəm