Qərb ölkələri Liviyadan qida qarşılığında bunu istədilər
22.01.2020 09:56 Xarici siyasət

Qərb ölkələri Liviyadan qida qarşılığında bunu istədilər

"MediaPost" xarici mətbuata istinadən xəbər verir ki, Liviyanın nefti və digər gəlirləri üçün "beynəlxalq nəzarət mexanizmləri" təklifi ilə Səddam dövründə İraqda həyata keçirilən "neft qarşılığında qida proqramı"na bənzər layihə tələb olunub.

55 maddəlik sənəddə iqtisadi və maliyyə təklifləri, 1800-cü illərin sonlarında Berlində alınan qərar bənzədilib. Belə ki, o dövrdə də imzalanan sənədlə Qərb ölkələrinin Afrikadakı müstəmləkəçilik siyasətinin əsası qoyulub. Bir çox xarici mətbu orqanlarında Fransanın Liviyanın neft gəlirlərinə şərik olmaq istədiyindən də bəhs olunur.

İraqda sözügedən qida proqramınının tətbiqinə 1996-cı ildə başlanılmış, 2003-cü ildə başa çatdırılmışdı. Layihə təkcə qida yox, dərman və digər insani ehtiyaclar da daxil edilib. Proqram çərçivəsində İraq hökumətinə sanksiyalar tətbiq olunana zaman, neftin emal olunaraq satılması və xalqın əsas ehtiyaclarının qarşılanması nəzərədə tutulmuşdu.

Bu sənədlə Qərb ölkələrinin İraqda həyata keçirdikləri prosesi hazırda Liviyada təkrarlamağa başladığı kimi yozulur.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm