“Qəsdən çalışırlar ki, onları qeydə ala bilməyək” - MSK sədri
21.01.2020 14:36 Daxili siyasət

“Qəsdən çalışırlar ki, onları qeydə ala bilməyək” - MSK sədri

"MediaPost" xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da keçirilən iclasında bildirib.

Qurum rəhbəri qeyd edib ki, bu addım nəyəsə xidmət edir: "Onlar qəsdən sənədləri elə təqdim edirlər ki, biz onları qeydə ala bilməyək. Onların bu məqsədi kimə və nəyə xidmət edir mən bilmirəm”.

Məzahir Pənahov bildirib ki, parlament seçkilərində 95 nəfər namizədliyini geri götürərək mübarizəni dayandırıb.

İclasda çıxış edən qurum sədri həmçinin söyləyib ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 30 min 231 yerli müşahidəçi qeydiyyatdan keçib.

Xəbərlər departamenti

Gündəm