Qətər və Səudiyyə Ərəbistanı əmirləri xalqı "yağış duası"na səsləyib
13.11.2019 14:24 Gündəm

Qətər və Səudiyyə Ərəbistanı əmirləri xalqı "yağış duası"na səsləyib

Mediapost.az xəbər verir ki, Qətər əmiri Təmim Bin Həməd Əl Taninin çağırışından sonra ölkə daxilində yağış namazı qılınıb, dualar edilib.

Qətər əmiri Əl Taninin xalqla birlikdə namaz qılması televiziya vasitəsilə canlı yayımlanıb.Təhsil ocaqlarında şagirdlər də sözügedən dini ayinin icrasına qoşulub.

Səudiyyə Ərəbistanının xəbər agentliyi olan “SPA” bildirilir ki, kral Abdullahın təlimatı ilə başda Məkkə, Mədinə, paytaxt Riad olmaqla ölkənin hər bir yerində xalq yağış namazı qılıb.

Məscidil-Haramda qılınan yağış namazında insanlardan tövbə edilməsi və sədəqələrin paylanılmasının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, körfəz ölkələrində hər il ən azı bir dəfə yağış duası edilir. Bu dini ayinlər eyni zamanda Kəbə və Məkkədə də həyata keçirilir.

Xəbərlər departamenti

Gündəm