Qətərin işğalı ilə bağlı təklifə Trampdan cavab
10.08.2020 08:21 Siyasət

Qətərin işğalı ilə bağlı təklifə Trampdan cavab

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin 2017-ci ildə ABŞ rəhbəri Donald Trampla həyata keçirdiyi görüşün detallarını açıqlanıb.

“MediaPost” “Foreign Policy”ə istinadən xəbər verir ki, görüşdə Səudiyyə Ərəbistan kralı Trampa Qətərin işğal edilməsi ilə bağlı təklif edib. Trampın təklifi rədd etdiyi bildirilir. 

Xəbərdə həmçinin Vaşinqtondan bölgədəki vəziyyəti stabilləşdirməkdə kömək etmələrinin də istənildiyi açıqlanıb. 

Xatırladaq ki, körfəzdə Qətərə qarşı tətbiq olunan embarqo davam edir. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla Qətərə 2017-ci ildən embarqo tətbiq olunur. 

Məleykə Ağasoy

Gündəm