Qəzada ölənin Aslan Hüseynov olduğu təsdiqləndi - RƏSMİ
04.05.2021 14:40 Hadisə

Qəzada ölənin Aslan Hüseynov olduğu təsdiqləndi - RƏSMİ

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev "MediaPost"a bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb:

"Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Aslan Hüseynov vəfat edib".

***

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynovun qəzaya düşərək vəfat etməsi xəbəri yalandır: “Avtomobil Aslan Hüseynovun adına olub, özü maşında olmayıb. Qəzada sürücü vəfat edib”.

***

Müğənni Aslan Hüseynov vəfat edib.

"MediaPost" Baku TV-yə istinadən xəbər verir ki, onun yol-nəqliyyat hadisəsi zamanı öldüyü deyilir.

Qəza zamanı 55 yaşlı ifaçının yanında olan sərnişinin də vəfat etdiyi bildirilir.

Qeyd edək ki, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib.

Xəbərlər departamenti

Gündəm