Qəzalı binalara dair Dövlət Proqramının layihəsi hazırlanıb
25.05.2023 22:37 İnfrastruktur

Qəzalı binalara dair Dövlət Proqramının layihəsi hazırlanıb

Mayın 25-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

MediaPost xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, müşavirədə aidiyyatı qurumların rəhbərləri iştirakı ediblər.

Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantının təqdim edilməsinə dair tapşırıqlar verilmişdir.

Xəbərlər departamenti

Gündəm