Qida Təhlükəsizliyi İnstitutu qeydiyyatçı vəzifəsinə işə qəbul elan edib
13.01.2020 08:12

Qida Təhlükəsizliyi İnstitutu qeydiyyatçı vəzifəsinə işə qəbul elan edib

AQTİ-dən "MediaPost"a verilən məlumata görə, vəzifə və öhdəliklər aşağıdakılardır:

- Gələn vətəndaşların dinlənilməsi, məlumatlandırılması, aidiyyəti şöbə ilə əlaqələndirilməsi;

- Gələn qonaqların qarşılanması və yola salınması;

- Daxil olan korrespondensiyanın qəbul edilməsi;

- Kənar şəxslərin inzibati binaya daxil olmasının qarşısının alınması üçün tədbirlər görmək, giriş zamanı onlardan sənəd tələb etmək, qeydiyyatını təşkil etmək;

- Telefon zənglərini qəbul etmək və aidiyyəti üzrə cavablandırmaq.

Namizədə tələblər:

- Yaş həddi: 35 yaşadək;

- Kompüterdə işləmək bacarığı (ofis proqramları və s.);

- Ünsiyyətcil və komanda ruhlu;

- Detallara diqqətlilik, səliqə və peşəkarlıq;

- Əməyin təşkilinin əsasları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları ilə bağlı biliklərə malik olmalı;

- Ali təhsilli;

- Təcrübəyə dair tələb: müvafiq vəzifədə 1 ilədək iş təcrübəsi;

- Azərbaycan dilini səlis bilməli (Rus və ya ingilis dili arzuolunandır).

Şərtlər:

- Tam iş günü, iş qrafiki 09.00-dan 18.00-dək. Bazar ertəsi - cümə - həftənin 5 günü.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “AQTİ resepşn” yazaraq, 30.01.2020 tarixinə qədər [email protected] ünvanına göndərə bilərlər. Əks halda, göstərilən vakansiya üzrə müraciətlər nəzərə alınmayacaq. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

Xəbərlər departamenti

Gündəm