Qırğızıstan Çinlə sərhədləri bağlayıb
02.02.2020 10:55

Qırğızıstan Çinlə sərhədləri bağlayıb

APA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, hökumət hazırda ölkədə koronavirusa yoluxma qeydə alınmadığını açıqlayıb.

Qeyd edək ki, hazırda 14 min 322 nəfəri Çində olmaqla, ümumən dünyada 14 min 500 koronavirusa yoluxma halı qeydə alınıb. Virus Çində 304 nəfərin ölümünə səbəb olub. Koronavirusla əlaqədar Çindən kənarda yeganə ölüm faktı Filippində qeydə alınıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm