"Qış çətin keçəcək, amma martdan sonra..."
13.11.2020 15:18 Dünya

"Qış çətin keçəcək, amma martdan sonra..."

"Qış çətin olsa da, martdan sonra insanlar normal həyata qayıda biləcək".

"MediaPost" xəbər verir ki, bunu koronavirus vaksini hazırlayan "BioNTech" şirkətinin CEO-su professor Uğur Şahin söyləyib.

"Dünya miqyasında lazımi icazələri verən qurumlarla davamlı təmasdayıq. Avropa Dərman Qurumu, ABŞ Dərman və Qida İdarəsi ilə yanaşı Kanada, İngiltərə, Çin və Yaponiya rəsmiləri ilə danışıqlar aparırıq. Lazımi icazə ABŞ və ya Avropadan gələ bilər. Vaksinlərin paylanılmasına dekabrın ortasından başlaya bilərik. Amma bu, işlərin dərhal dəyişəcəyi mənasına gəlmir. Çətin qış olacaq. Pandemiya müsbətə doğru getmədən öncə mənfiyə gedəcək. Mart-aprel aylarında rahatlıq ola bilər. İlin ortalarına doğru bütün vaksinlərin istifadə edilməsi ilə normal həyata qayıda bilərik, amma o tarixədək səbrli olmalıyıq", - deyə Şahin qeyd edib.

Anara Mikail

Gündəm