Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb
02.12.2019 06:58

Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Mediapost.az-a verilən xəbərə görə, qış fəsli Azərbaycana dekabrın 22-si saat 08:19 dəqiqədə daxil olacaq.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olur. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınır.

Xəbərlər departamenti

Gündəm