Qısqanc keçmiş ər azərbaycanlı qadını amansızlıqla qətlə yetirdi
16.02.2020 12:37 Kriminal

Qısqanc keçmiş ər azərbaycanlı qadını amansızlıqla qətlə yetirdi

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 1986-cı il təvəllüdlü şəxs qısqanclıq zəminində 1996-cı il təvəllüdlü keçmiş həyat yoldaşına evində soyuq silahla ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Qadın aldığı yaralardan hadisə yerindəcə ölüb.

Qətli törədən şəxs hadisədən bir neçə saat sonra saxlanılıb. Polis onun cinayət əməlində istifadə etdiyi bıçağı maddi sübut kimi götürüb.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb.

Saxlanılan şəxsi 13 ildən 17 ilədək həbs cəzası gözləyir.

Xəbərlər departamenti

Gündəm