Qızı ilə birgə faciəvi ölümüylə gündəmə gələn basketbol əfsanəsi Kobi kimdir?
27.01.2020 12:07 İdman

Qızı ilə birgə faciəvi ölümüylə gündəmə gələn basketbol əfsanəsi Kobi kimdir?

Yüzlərlə insana ilham qaynağı olan məşhur amerikalı basketbolçu ötən gün vertolyot qəzasında həyatını itirib. Qalmaqallı həyatı ilə dillərdən düşməyən Kobi faciəvi ölümü ilə arxasında uzun bir müddət danışılacaq həyat hekayəsi qoyub.

Əfsanəvi basketbol ulduzu Kobe Bryant vertolyot qəzasında ölüb

Kobi adının maraqlı tarixçəsi...

Ata və anası doğumundan bir neçə ay öncə Filadelfiyada restoranlardan birinə gedib. Menyudakı "Yapon Kobi" bifsşteyki (yeməyin adı - red.) diqqətlərini çəkib və onu sifariş veriblər. Bifsşteykdən sonra atası yeməkdən çox razı qaldığı üçün oğlunun adını Kobi qoyacağını söyləyib.

"MediaPost" xəbər verir ki, Kobi 1978-ci ildə ABŞ-ın Pensilvaniya ştatında dünyaya gəlib. Onun 2 bacısı var. Atası da basketbolçu olub.

NBA-də niyə 33 nömrəni geyinə bilməyib. Əvvəlcə 8, sonra 24 nömrəni geymək istəyib?

8 nömrəni seçməsinin iki səbəbi olduğu bildirilir. Birincisi, İtaliyada keçirdiyi uşaqlıq illərində heyran olduğu və 1978-90-cı illərdə İtaliya liqasının əvəzolunmazı Mayk Dantoninin 8 nömrə altında oynamasıdır. İkinci səbəb isə kariyerasında çox önəmli addım olan ABCD 134 düşərgəsi və 1+3+4 saylarının birləşməsindən əmələ gələn 8 rəqəmi olub.

24 nömrə məktəb illərində geydiyi formanını nömrəsi idi. Bu nömrəni nəyə görə seçməsinin də səbəbi var. Belə ki, onun özünə rəqib olaraq seçdiyi tək basketbolçu əfsanəvi Maykl Cordan olub. Cordan isə 23 nömrəli forma altında çıxış edirdi. Kobi Cordandan üstün olduğunu göstərmək üçün 24 nömrəli formanı seçib.

Michael Jordan'dan Kobe Bryant için duygusal mesaj!

33 nömrəni geyə bilməməsinə səbəb bir başqa basketbol əfsanəsi olan Kərim Abdulla Cabbar olub. Belə ki, Abdulla Cabbardan sonra 33 nömrəli formanın geyilməməsinə qərar verilib.

Kareem Abdul-Jabbar ile ilgili görsel sonucu

Ən sevdiyi hərəkət - "Formasını dişləmək"

Futbolçularla yanaşı basketbolçuların da oyun ərzində sevdiyi və qələbə zamanı təkrarladığı hərəkətlər var. Məsələn, Maykl Cordan dilini çıxarmağı, Kobi isə formasını ağzına salmağı sevirdi. Buna səbəb isə Kobinin oyun ərzində ağzının sulu qalmasını istəməsi idi.

kobe-forma

"Basketbolçu olmasaydım..."

Kobi müsahibələrinin birində basketbolçu olmasaydı, futbolçu olmaq istəyəcəyini bildirib. Boyunun uzun olması səbəbilə isə qapıçı olmağa üstünlük verəcəyini açıqlayıb. Kobi İstanbula "Nike"-ın dəvəti ilə qatılıb. Səfər sırasında Türkiyənin "Qalatasaray" klubunun məşqlərində İştirak edib.

kobe-galatasaray

“Three Rings Bryant”

2002-ci ildə Kobi Nyu-Yorka köçdükdən sonra Rakr Park-da küçə basketbolunun ən yaxşıları ilə oynanılacaq yarışda ona ləqəb lazım olur. Rəqibləri isə Kobiyə o zamandək qazandığı qələbələri göstərən “Three Rings"(üç üzük) ləqəbini qoydular.

"Beyonce"la çəkildiyi klipdən sonra adları eşq qalmaqalında hallanıb

“Destiny’s Child’s” qrupunda “Bug A Boo” mahnısının klipində "Beyonce" və dostları soyunma otağına girdikdə Kobi görünür. Bu mahnıdan sonra müğənni ilə Kobi arasında eşq dedi-qodusu çıxsa da, sonra öz təsdiqini tapmır.


Təcavüz iddiası

Məşhur basketbolçu 2004-cü ildə otel otağında gənc bir qıza təcavüz etməkdə ittiham olunub. Kobi bütün iddiaları rədd edib və həmin qızla hər ikisinin razılığı ilə münasibətdə olduğunu bildirib. Sonradan hər iki tərəf razılığa gəldiyi üçün məsələ həllini tapıb və o, həbs olunmayıb.

Maraqlıdır ki, "Twitter"də 2012-ci ildə basketbolçunun helikopter qəzasında öləcəyinə dair tvit paylaşılıb.

Qızı ilə birgə faciəvi ölümü ilə gündəmə gələn basketbol əfsanəsi Kobi kimdir?

"MediaPost"

Xəbərlər departamenti

Gündəm