Qızı ilə birlikdə kamera qarşısına keçdi - <span>VİDEO</span>
30.03.2021 17:14 Şou-biznes

Qızı ilə birlikdə kamera qarşısına keçdi - VİDEO

Aktrisa Nərgiz Əliyeva yeni layihəsini təqdim edib. 

“MediaPost” xəbər verir ki, bir çox film və seriallarda rol alan aktrisa bu dəfə “Qadın” adlı qısametrajlı ekran işində yer alıb.

Layihə barədə danışan N. Əliyeva qeyd edib ki, dünyada qız övladlarının seçiminə hələ də müdaxilə olunur, psixoloji və fiziki şiddət göstərilir:

“Dünyada qadınlara qarşı əksər hallarda haqsızlıqlar olur.  Düşünürəm ki, bütün sahələrdə çalışan xanımlar bununla mübarizə aparmalıdır.

Mən qadınam, mən anayam, mən övladam! 

 

Sizə çəkdiyimiz bu qısa videoda əslində çatdırmaq istədiyim o qədər şey var ki... Yəqin ki, məni xanımlar daha yaxşı başa düşəcək. Qadın nə qədər böyüsə də, daxilindəki uşaq hələ yaşayır və kiçik yaşlarında rastlaşdığı psixoloji şiddəti unutmur. Övladlarınızın seçimlərinə dəstək olmağa çalışın”.

Layihədə şairə Bənövşə Mahmudqızının “Sən, ey qadın” şeirindən istifadə olunub, Şahin Qəhrəman səsləndirib. Pianoda Fuad İbrahimli ifa edib.

Qeyd edək ki, videorolikdə N. Əliyevanın qızı Jasmin də rol alıb.

 

Pərviz Hüseyn

Gündəm