Qızıl bahalaşmaqda davam edir - YENİ REKORD
07.08.2020 08:08 İqtisadiyyat

Qızıl bahalaşmaqda davam edir - YENİ REKORD

Dünya bazarlarında qızılın qiyməti rekordunu təzələməkdə davam edir. 

“MediaPost” xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın bir unsiyasının qiyməti 2070 dolları keçib. Bakı vaxtı ilə saat 10:00-da 0,07% və yaxud 1,4 dollar bahalaşaraq 2071.9 dollar təşkil edib.

Qeyd edək ki, qızılın qiyməti son 1 ayda 12,6% və yaxud 228 dollar, son bir ildə isə 35,2% və ya 530 dollar artıb. 

Rahim Tarıverdiyev / MediaPost

Xəbərlər şöbəsi

Gündəm