Qızıl 2 gündə 55 dollar bahalaşdı - SON HƏRRAC
07.11.2020 10:25 Maliyyə

Qızıl 2 gündə 55 dollar bahalaşdı - SON HƏRRAC

Dünya birjalarında qızıl sürətlə bahalaşır.

"MediaPost" xəbər verir ki, qiymətli metalın unsiyası ötən gün 1946,8 dollarla yekunlaşıb. Noyabrın 7-də isə qızılın hərracı günə 1950,4 dollarla başlayıb. Hazırda isə 1951,7 dollarla ticarət edilir. Başqa sözlə, qızıl bir gündə 0,25% və ya 4,9 dollar bahalaşıb. Son iki gündə isə qiymətli metalın unsiyası 55 dollar çox dəyər qazanıb. Belə ki, noyabr ayının 5-də qızılın qiyməti 1896,2 dollar təşkil edirdi.

Qeyd edək ki, qızıl ən yüksək qiyməti bu ilin avqust ayında müşahidə edilib. Qiymətli metal 2089,2 dolları test edib.

 

Rahim Tarıverdiyev

Gündəm