Qızıl yenidən bahalaşır - SON QİYMƏT
10.11.2020 15:00 Maliyyə

Qızıl yenidən bahalaşır - SON QİYMƏT

Qlobal bazarlarda qızıl yenidən bahalaşmağa başlayıb.

"MediaPost" xəbər verir ki, noyabrın 10-da Comex birjasında qızılın bir unsiyası 0,81% və ya 15,1 dollar artaraq 1870,2 dollara yüksəlib. Belə ki, ötən gün qiymətli metalın ticarəti 1854,4 dollarla yekunlaşmışdı. 

Qeyd edək ki, qızılın ən yüksək qiyməti bu ilin avqust ayında müşahidə edilib. Qiymətli metal 2089,2 dolları test edib.

Rahim Tarıverdiyev

Gündəm