Qlobal neft sənayesi koronavirusa qarşı necə reaksiya verir?
16.04.2020 15:58 İqtisadiyyat

Qlobal neft sənayesi koronavirusa qarşı necə reaksiya verir?

Koronavirus (COVID-19) pandemiyasının yayılması ilə dünyada bir çox müəssisələr fəaliyyətini dayandırdı, bəzilərində isə işlər uzaqdan idarə olunmağa başlandı. Lakin bəzi sahələr strateji əhəmiyyət daşıdığından burada karantinə bağlanma tədbirləri görülmədi. Neft sənayesi də fasiləsiz fəaliyyət göstərən strateji əhəmiyyətli müəssisələr arasında yer aldığından burada istehsal davam etdirilir.

Bəs dünya ölkələrində neft sənayesində çalışan işçilər arasında koronavirusun yayılmaması üçün hansı addımlar atılır?

"MediaPost" xəbər verir ki, “IndustriALL” Qlobal Birliyi dünyadakı sənaye və həmkarlar ittifaqlarının pandemiya böhranına necə cavab verdiyi barədə məlumat yayıb.

Qlobal neft sənayesi koronavirusa qarşı necə reaksiya verir?

Məlumata görə, Rusiyada “Lukoil” şirkətinin ofis işçilərinin əksəriyyəti kənardan işləyir və şirkət hasilatı azaltmağı planlaşdırsa da, işlər davam etdirilir. İşçilər əlavə fərdi mühafizə vasitələri ilə təmin olunub, virusun yayılması ilə mübarizə tədbirləri görülüb.

Qlobal neft sənayesi koronavirusa qarşı necə reaksiya verir?

Nigeriyada paylayıcı şəbəkələr, tanker sürücüləri və yanacaqdoldurma stansiyalarının işçilərinin həmkarlar ittifaqı olan “Nupeng”in üzvləri neft bazalarını dezinfeksiya vasitələri, maska, əlcəklə təmin edir.

Qlobal neft sənayesi koronavirusa qarşı necə reaksiya verir?

ABŞ-da həmkarlar risklərin minimuma endirilməsi üçün müəssisələrlə iş qrafikinin dəyişdirilməsi barədə razılığa gəlib. Burada işçilərin istiliklərinin ölçülməsi və müayinəsi də tələb olunur.

Qlobal neft sənayesi koronavirusa qarşı necə reaksiya verir?

İraqda həmkarlar ittifaqının tələbi ilə neft şirkətləri təmasları azaltmaq üçün neft yataqlarında çalışan işçilərin iş qrafikində dəyişiklik edib.

Azərbaycanda da neft sənayesində koronavirusa qarşı qabaqlayıcı tədbirlər görülür.

Qlobal neft sənayesi koronavirusa qarşı necə reaksiya verir?

SOCAR-ın məlumatına görə, koronavirus epidemiyasının qarşısının alınması üçün zəruri olan bütün addımlar atılır, profilaktik tədbirlər daha da gücləndirilir, mövcud vəziyyət daim nəzarət altında saxlanılır. Dəniz obyektlərində çox sayda işçilərin məhdud bir ərazidə - dəniz özüllərində, yaşayış blokunda və evciklərdə, yataqxanalarda bir yerdə təmasda olmamaları üçün istehsalatın ahəngini pozmadan əməkdaşların sayının azaldılması və təxliyə edilməsi təmin edilib.

Qrup halında dənizə yola düşəcək işçilər xüsusi ayrılmış karantin zonalarına yerləşdirilərək həkim yoxlamalarından keçirilib, sonra dənizə yola salınıb.

Dəniz özüllərində hansısa xəstəlik şübhəsi olan işçilərin təxliyə olunanadək digər işçilərdən təcrid edilmiş vəziyyətdə saxlanılması məqsədilə xüsusi evciklər yaradılıb. Xəstəlik şübhəsi olan işçilərin digər insanlardan təcrid olunmuş halda təxliyə olunmalarını təmin etmək üçün daim hazır vəziyyətdə xüsusi təchiz olunmuş helikopter, gəmilər ayrılıb.

Xəbərlər departamenti

Gündəm