QMİ: Şuşa və azad olunan digər rayon məscidlərinin axundları onlar olacaq
12.11.2020 17:52 Sosial

QMİ: Şuşa və azad olunan digər rayon məscidlərinin axundları onlar olacaq

Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim Gövhər ağa məscidinin axundu Hacı Mirabdullah Həsənli olacaq.

Bu barədə “MediaPost”a Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah bildirib. O vurğulayıb ki, bu vaxta qədər Hacı Mirabdullah Həsənli Cocuq Mərcanlıda Şuşa məscidinin memarlıq üslubunda tikilən məsciddə axund olub. Mirabdullah Həsənlidən əvvəl sözügedən ibadət evinin imamı onun babası Seyid Mirsadıq Ağa olub.

Hacı Fuad Nurullah həmçinin deyib ki, işğaldan azad olunan digər rayonlarımızın da axundlarının (imamlar) adı məlumdur:

“Füzuli rayon məscidinin axundu (imam) Hacı Nəriman,

Ağdam rayon axundu (imam) Hacı Barat,

Zəngilan rayon axundu (imam) Hacı Müşfiq,

Cəbrayıl rayon məscidinin (imam) Hacı Elman,

Laçın rayon məscidinin (imam)  Hacı Əsgər,

Kəlbəcər və Xankəndidə axund yoxdur. İnşallah, orada da məscidlər tikildikdən sonra axundları müəyyənləşəcək”. 

 

Xəbərlər departamenti

Gündəm