QMİ koronavirusla bağlı məscidlərə tapşırıq verib
28.02.2020 14:12 Gündəm

QMİ koronavirusla bağlı məscidlərə tapşırıq verib

"MediaPost" xəbər verir ki, bu barədə QMİ-nin sədr müavini Fuad Nurullayev məlumat verib.

O bildirib ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik tədbirlərin həyata keçirilməsi nəzərə alınaraq insanların camaat namazları ilə əlaqədar kütləvi şəkildə ibadət etməsi ilə bağlı məscid rəhbərlərinə və imamlara müvafiq göstərişlər verilib.

Sədr müavini məscidlərə gedən dindarlara müraciət edərək gigiyenik qaydalara riayət olunmasını tövsiyə edib.

Xəbərlər departamenti

Gündəm