QMİ ümrə ziyarətlərinin dayandırılması ilə bağlı açıqlama verdi
28.02.2020 16:12 Gündəm

QMİ ümrə ziyarətlərinin dayandırılması ilə bağlı açıqlama verdi

QMİ-dən "MediaPost"a verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığı dünyada yayılmağa davam edən koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərini müvəqqəti olaraq dayandırıb:

"Qərarla əlaqədar Qafqaz Müsəlmanları İdarəsini Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri şəxsən məlumatlandırıb. Qafqaz Müsəlmanları İdarəsi məsələyə münasibət bildirərək, ilk növbədə, zəvvarların sağlamlığını nəzərə alan həmin qərarı bəyəndiyini və tam dəstəklədiyini bəyan edib".

Xəbərlər departamenti

Gündəm