Qohumunu öldürən şəxs tutuldu - RƏSMİ
07.08.2020 09:25 Gündəm Kriminal

Qohumunu öldürən şəxs tutuldu - RƏSMİ

Avqustun 06-da saat 23 radələrində Biləsuvar rayonu ərazisində 1982-ci il təvəllüdlü Elxan Vəliyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olmuşdur.

Biləsuvar rayon prokurorluğundan "MediaPost"a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İstintaqla hadisənin zərərçəkmişin qohumu 1989-cu il təvəllüdlü Ayxan Heydərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Ayxan Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Xəbərlər şöbəsi

Gündəm