Qondarma rejimin hökuməti İrəvana qaçdı - <span>FOTO</span>
04.11.2020 17:02 Hərbi

Qondarma rejimin hökuməti İrəvana qaçdı - FOTO

Separatçı "Dağlıq Qarabağ" rejiminin qondarma prezidenti Arayik Harutyunyan ermənilərə müraciət edib.

"MediaPost" xəbər verir ki, "facebook" səhifəsindəki müraciətində deyilib: "Prezident administrasiyası müvəqqəti olaraq Yerevan şəhərinə köçürülüb. Bu müharibə vəziyyətində sizin sosial və inzibati xidmətiniz (sosial ödənişlər, sənəd qeydiyyat və digər xidmətlər) İrəvanda təşkil ediləcək. Bunun üçün qərargah yaradılıb və bununla bağlı əmr imzalamışam".

Qeyd edək ki, dünən separatçı rejimin yüksək vəzifəlilərinin Qarabağdan qaçmasına görə onlar barədə cinayət açılıb.

Xəbərlər departamenti

Gündəm