Qonşu ölkədə təbii fəlakətlə bağlı xəbərdarlıq edildi
09.02.2020 20:13 Hadisə

Qonşu ölkədə təbii fəlakətlə bağlı xəbərdarlıq edildi

"Oxu.az" xəbər verir ki, bu gündən etibarən fevralın 14-dək Türkiyənin Trabzon, Ərzurum, Ərzincan, Ağrı, İğdır və Ərdahan vilayətlərində əlverişsiz hava şəraiti ilə əlaqədar qar uçqunu ilə bağlı xəbərdarlıq edilib.

Məlumata görə, Rizə və Qars vilayətlərində isə “sarı” səviyyəli xəbərdarlıq elan olunub.

Bununla bağlı olaraq əhaliyə yüksəkliklərə, yaylaqlara və obalara gedilməməsi, məcbur qalmadıqca yola çıxılmaması, çox vacib hallarda isə ictimai nəqliyyata üstünlük verilməsi, yaxud mütləq qış təkərləri olan maşınlarla yola çıxılması kimi tövsiyələr verilib, vətəndaşların diqqətli və tədbirli olmalarına çağırışlar edilib.

Xatırladaq ki, ötən həftə Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində qar uçqunu baş vermişdi. Hadisə nəticəsində 33 nəfər həlak olmuş, 50-dən çox insan yaralanmışdı.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm