Qubada evlər yanıb: helikopterlər əraziyə cəlb olunub - FOTO, VİDEO
07.02.2020 11:16 Hadisə

Qubada evlər yanıb: helikopterlər əraziyə cəlb olunub - FOTO, VİDEO

Şahidlərin "MediaPost"a verdiyi məlumata görə, alov elektrik naqillərinin qırılması nəticəsində yaranıb.

Yanğın zamanı 3 ev və 7 ailəyə məxsus ot tayası yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə helikopterlər cəlb olunub. Buna səbəb isə yanğın baş verən ərazinin relyefinin mürəkkəb olması göstərilir.

Verilən son məlumata görə, yanğının qarşısı alınıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm