Qubada dağlıq ərazidə yanğın olub
10.08.2020 12:59 Gündəm Hadisə

Qubada dağlıq ərazidə yanğın olub

Fövqəladə HallarNazirliyi Qubada dağlıq ərazidə baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən “MediaPost”a verilən məlumata görə, Quba rayonu, Dəvədabanı yaşayış massivində 30 ha biçilmiş taxıl sahəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Yanğın qısa müddətdə söndürülüb.

Xəbərlər şöbəsi

Gündəm