Qubada oğul atasını balta ilə öldürdü
10.06.2021 09:31 Hadisə

Qubada oğul atasını balta ilə öldürdü

Quba rayonunda qətl hadisəsi törədilib.

"MediaPost" report-a istinadən xəbər verir ki, hadisə rayonun Rustov kənd inzibati ərazi dairəsinin Sofikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı Rəvan Sadıq oğlu Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə vuraraq öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm