Qubadlının məscidi donuzxanaya çevrilib - Hikmət Hacıyev
06.11.2020 16:04 Siyasət

Qubadlının məscidi donuzxanaya çevrilib - Hikmət Hacıyev

Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib.

"MediaPost" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

“Biz UNESCO, ICESCO və İƏT-i bu barbar əməlləri ciddi şəkildə pisləməyə çağırırıq”, - o əlavə edib.

 

Xəbərlər departamenti

Gündəm