Qüdsdə toqquşma: Xamenei İsraili “terror qarnizonu” adlandırdı
08.05.2021 14:10 Gündəm Dünya

Qüdsdə toqquşma: Xamenei İsraili “terror qarnizonu” adlandırdı

İsrail dövlət deyil, terror qarnizonudur.

"MediaPost" Axar.az-a istinadən xəbər verir ki, bunu İranın Ali lideri Əli Xamenei deyib.

“Bu despotik rejimlə mübarizə terrorizmlə mübarizə deməkdir. Bu rejimlə mübarizə ictimai borcdur”, – deyə o bildirib.

Xamenei ilə bərabər İsraili HƏMAS lideri İsmayıl Haniyə, Fələstin lideri Mahmud Abbas da tənqid edib. Onlar Qüdsdə Aqsa məscidi yaxınlığında baş verən toqquşmalarda İsraili ittiham ediblər.

Qeyd edək ki, Qüdsdə dünən İsrail polisi ilə müsəlmanlar arasında toqquşma yaşanıb. Toqquşma nəticəsində 200-dən çox insan xəsarət alıb.

Xəbərlər departamenti

Gündəm