"Quli”yə sui-qəsdə günahlandırılan Çixladze yenidən Türkiyədə saxlanıldı - VİDEO/FOTO
26.10.2020 17:08 Kriminal

"Quli”yə sui-qəsdə günahlandırılan Çixladze yenidən Türkiyədə saxlanıldı - VİDEO/FOTO

Gürcü “qanuni oğru” Quram Çixladze (“Kvejoviç”)  yenidən Türkiyədə saxta pasportla saxlanılıb.

"MediaPost" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Məlumatda bildirilir ki, Quram Çixladze Beşiktaşda qaldığı lüks hoteldə iki mühafizəçi ilə birdə ələ keçirilib. 

Qeyd edək ki, Azərbaycanlı mərhum “qanuni oğru” Nadir Səlifova (“Quli”) sui-qəsd planlaşdırdığına görə, bu ilin yanvar ayının 31-də  mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin adamları ilə birgə saxlanılmışdı. O, bir müddət İstanbulda həbsdə qaldıqdan sonra deport olunmuşdur. Andri Malyi adına saxta pasport ilə təkrar Türkiyəyə gəldiyini öyrənən İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsinin əməkdaşları Çixladzenin Beşiktaşda qaldığı lüks hoteldə bu gecə (Türkiyə vaxtı ilə) 03:30 radələrində əməliyyat keçirib. Onunla birgə mühafizəçiləri Z.K və S.K da saxlanılıb. 

Polis onun qaldığı otaqda axtarışlar zamanı 3 blok tapança, çox sayda güllə və 3 simsiz telefon ələ keçirib.

 

Xəbərlər departamenti

Gündəm