Quliyev hoteli əxlaqsızlıq yuvasına çevirdi
07.08.2020 12:58 Gündəm Kriminal

Quliyev hoteli əxlaqsızlıq yuvasına çevirdi

Beyləqanda əxlaqsızlıq yuvası aşkar edilib.

“MediaPost” DİN-ə istinadən xəbər verir ki, rayonun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi hotelin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

Həmin hoteli icarə əsasında işlədən V. Quliyev və orada olan 2 nəfər müştəri saxlanılaraq Beyləqan RPŞ-yə gətirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbərlər şöbəsi

Gündəm