Qurban Qurbanov: " Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq"
25.10.2020 18:40 Futbol

Qurban Qurbanov: " Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq"

"Maraqlı oyun alındı. Xüsusilə ikinci hissə gərgin keçdi".

"MediaPost"
un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VII turunda "Zirə" ilə keçirilən oyun barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis 0:0 hesabı ilə yekunlaşan qarşılaşmadan sonrakı mətbuat konfransında fikirlərini bölüşüb: "Azlıqda qalandan sonra da temp düşmədi. Hər iki komanda istəkli idi. Futbolçularımdan razı qaldım. Yorğunluq yox idi. Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq. Başqa yolumuz yoxdur. Futbolçularımızı həm çempionata, həm də avrokubok matçlarına kökləməliyik".

Xəbərlər departamenti

Gündəm