"Qurdlar Vadisi"nin başlayacağı tarix açıqlandı
12.09.2020 22:52 Şou-biznes

"Qurdlar Vadisi"nin başlayacağı tarix açıqlandı

Türkiyənin məşhur seriallarından biri "Qurdlar Vadisi"nin başlayacağı tarix məlum məlum olub.

"MediaPost" xəbər verir ki, serialın baş qəhrəmanlarından birini canlandıran aktyor Cahid Kayaoğlu öz Feysbuk səhifəsində "Qurdlar Vadisi"nin 2021-ci ilin sentyabr ayından etibarən yenidən başlayacağını açıqlayıb.

Qeyd edək ki, "Qurdlar Vadisi" Türkiyədə ən uzunömürlü seriallardan biridir. 13 illik yayımın ardından 2016-cı ildə çəkilişləri dayandırılmışdı.

 

Xəbərlər departamenti

Gündəm