Qusarda həkimin rüşvət alması barədə məlumatlara nazirlikdən reaksiya
19.12.2019 14:30

Qusarda həkimin rüşvət alması barədə məlumatlara nazirlikdən reaksiya

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılıb.

“Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq, daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”, - Nazirlikdən bildirilib.

Mediapost.az


Xəbərlər departamenti

Gündəm