Qusarda itkin düşən yeniyetmənin transformatorda meyiti tapılıb
03.02.2020 15:25 Hadisə

Qusarda itkin düşən yeniyetmənin transformatorda meyiti tapılıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan "MediaPost"a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayının 1-də itkin düşən 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Narulla oğlunun meyiti bu gün saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Ə.Əmrahov həmin transformatora daxil olub, elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm