Qusarda minik avtomobili yoldan çıxaraq aşıb
12.01.2020 07:57

Qusarda minik avtomobili yoldan çıxaraq aşıb

“MediaPost” Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Qusar rayonunda “VAZ” markalı minik avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbərlər departamenti

Gündəm