Qusarda qumar oynayan şəxslər saxlanıldı
29.04.2020 08:44

Qusarda qumar oynayan şəxslər saxlanıldı

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "MediaPost"a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun Suvacal kəndi ərazisində yerləşən və hazırda istifadə olunmayan köhnə tikililərin birində yeddi nəfər kənd sakininin qumar oynadıqları aşkar olunub.

Karantin rejimi qaydalarını kobud şəkildə pozan həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Saxlanılan şəxslərin hər biri barəsində Qusar RPŞ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati qaydada tədbir görülüb.

Xəbərlər departamenti

Gündəm