“Radioaktiv şüalanma bədxassəli şişlərin əmələ gəlməsində müəyyən qədər rol oynayır” - AÇIQLAMA
20.11.2023 17:45 Cəmiyyət

“Radioaktiv şüalanma bədxassəli şişlərin əmələ gəlməsində müəyyən qədər rol oynayır” - AÇIQLAMA

Faktiki olaraq dəri xərçənglərinin çoxu birbaşa gün işiğının ultrabənövşəyi şüalarının təsirindən yaranır. Daha az rast gəlinən, lakin daha təhlükəli olan dəri melanomasının yaranmasında da ultrabənövşəyi şüalanmanın rolu vardır. 

Mövzu ilə bağlı onkoloq Kəmalə Rəhimova MediaPost-a açıqlama verib. O bildirib ki, Bizim ölkədə mədə xərçəngi 3-cü yerdə, dünyada isə 5-ci yerdədir: 

alt text

“Ölkəmizdə 11 iqlim qurşağının 9-u mövcuddur. Tropik, subtropik – hər cür iqlimimiz var. Hamımız bu ultrabənövşəyi şüalara məruz qalırıq. İstehsal prosesində, neft sənayesi, kimya sənayesi, spirtli içki istehsalı və s. çalışanlar var. Bu olmadan da həyat mümkün deyil. Mədə xərçənginə yol açan əsas faktorlardan biri helikobakter pylori adlanan infeksiyalardır. Qara ciyər xərçəngi geniş yayılıb, 4-cü yerə çıxıb. Əvvəl mədə xərçənginə tutulanların sayı daha çox idi. İndi süd vəzi xərçəngi və ağ ciyər xərçəngi ondan önə keçib. Bizim ölkədə mədə xərçəngi 3-cü yerdədir, dünyada isə 5-ci yerdə. Mədə xərçəngi azalan kimi, yoğun bağırsaq xərçəngi artır. Müasir texnologiyaların zərəri sübut olunmuş və olunmamamış variantları var. O yerdə ki, radioaktiv şüalanma var, təbii ki, bədxassəli şişlərin əmələ gəlməsində müəyyən qədər rol oynayır. Ona görə də, bütün dünyada radioaktiv maddələrin tullantısı üçün xüsusi qəbiristanlıqlar var”.

Fidan Ramazan

Gündəm