Rahim Əliyev: "Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmadı və həddindən artıq böyük problemdir"
19.12.2019 08:26 Gündəm

Rahim Əliyev: "Azərbaycanda pulsuz səhiyyə özünü doğrultmadı və həddindən artıq böyük problemdir"

''Report'' xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Rahim Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, pulsuz səhiyyə özünü doğrultmayıb: "Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti daha da yüksələcək".

R.Əliyev bildirib ki, nazirlik dövlətin səhiyyə siyasətini daima həyata keçirib və bundan sonra da keçirəcək. O vurğulayıb ki, tibb müəssisələrinin mərhələli şəkildə İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində də davam etdiriləcək.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm