Ramazan ayında "Borc dəftərlərində borc qoymayaq" aksiyasına start verildi
26.04.2020 13:51 Cəmiyyət

Ramazan ayında "Borc dəftərlərində borc qoymayaq" aksiyasına start verildi

"Azad İstehlakçılar" İctimayi Birliyinin (Aiib) sədri Eyyub Hüseynov müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar xeyriyyə aksiyasına start verib və bütün vətəndaşları bu tədbirə qoşulmağa çağırıb.

“MediaPost” xəbər verir ki,aksiyanın devizi kimi "Borc dəftərlərində borc qoymayaq"və ya "Toxun acdan xəbəri olsun!" sloqanları seçilib.

İctimai Birlik sədri qeyd edib ki, kəndlərdə, məhəllə və dükanlarında hətta çörəyi belə nisyə alıb borc dəftərinə yazdıran ailələr var: “Xüsusən şəhərdə yaşayan və az-çox imkanı olan hər bir insanın məxsus olduğu rayonda, kənddə və yaşadığı məhəllə dükanında borc dəftəri mövcuddur. Hər bir şəxsi bu borcları sildirməyəkömək etməyə çağrıram. Bu həm səvab əməl hesab olunur, həm də hökumətimizə belə bir dönəmdə dəstəkdir”.

Kassa çeki əldə etmək sizi sığortalayır | Banco.az

Eyyub Hüseynovun sözlərinə görə, o özü də eyni addımı ataraq, mənsub olduğu kəndin mağaza sahibi ilə telefon əlaqəsi yaradıb:”Kəndimin mağaza sahibi ilə telefon əlaqəsi yaratdım və istəyimi bildirdim. O dedi ki, borc dəftərində çörək və un ayrı qeyd olunmur. Bu zaman biz razılığa gəldik və mən 10 ən çox borcu olan və bunu ödəyə bilməyən ailənin borclarını və telefon nömrələrini göndərməsini mağaza sahibindən xahiş etdim. Razılaşdıq ki, borcun kim tərəfindən ödənildiyi hec kəsə deyilməsin. Məbləğ dükan sahibinin istəyinə uyğun olaraq ya poçt, ya da ilk görüşdə ödənilir. Həmını bu aksiyaya qoşulmağa dəvət edirəm”!

Xəbərlər departamenti

Gündəm