Ramazan ayının 27-ci gününün imsak, iftar və namaz vaxtları
09.05.2021 21:22 Gündəm

Ramazan ayının 27-ci gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 27-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 10-da imsak vaxtı saat 03:46-da, iftar vaxtı isə 20:00-dadır.

Mayın 10-u üçün namaz vaxtları:

Sübh azanı 03:56
Zöhr azanı 12:37
Əsr azanı 17:38
Məğrib azanı 20:00
İşa azanı 21:12

27-ci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin!”
 
Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Xəbərlər şöbəsi

Gündəm